KİV: Zelenski Yunanıstana gedib, liderlər Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

21-08-2023, 12:31           
KİV: Zelenski Yunanıstana gedib, liderlər Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstana gedib.

“Report” xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, V.Zelenski burada Qərbi Balkan ölkələrinin liderləri ilə şam yeməyində iştirak edəcək.

Tədbirdə Qərbi Balkan ölkələrinin liderləri ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edəcək.

Siyasətçilər Maximos sarayında bir araya gələrək regional məsələləri və Avropanın gələcəyini, Balkanlarda və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyini, Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.

Yunanıstan tərəfindən Zelenskinin səfəri ilə bağlı hələ ki rəsmi məlumat verilməyib. Buna səbəb kimi təhlükəsizlik tədbirləri göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru