“Taliban” qızların ali təhsil müəssislərinə qaytarılacağına söz verdi

22-08-2023, 12:36           
“Taliban” qızların ali təhsil müəssislərinə qaytarılacağına söz verdi
Əfqanıstanda siyasi hakimiyyətə yiyələnən “Taliban” hərəkatı yeni təhsil strategiyası hazırlayır və bu plan qızların universitetlərdə təhsil almasına imkan yaradacaq.

Bu barədə “Taliban” rəsmilərindən olan Lütfulla Xayrxva məlumat verib.

Onun sözlərinə görə, yeni təhsil layihəsi hazır olandan sonra Əfqanıstan ictimaiyyətinə təqdim olunacaq.

Lakin L.Xayrxva sözügedən təhsil planın nə vaxt hazır olacağı barədə məlumat verməyib.
Xatırladaq ki, “Taliban” hərəkatı 2022-ci ilin dekabrından etibarən qızların ali təhsil ocaqlarına buraxılmasını qadağan edib.

Bu qərarlar bir sıra xarici dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tənqidlə qarşılanıb.

Mənbə: TOLO news












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru