Rusiya səmasında bu ölkəyə məxsus kəşfiyyat təyyarəsi göründü

22-08-2023, 16:55           
Rusiya səmasında bu ölkəyə məxsus kəşfiyyat təyyarəsi göründü
Sankt-Peterburqun 200 kilometrliyində İsveçə məxsus kəşfiyyat təyyarəsi müşahidə edilib.

Publika.az "MK.ru"ya istinadən xəbər verir ki, İsveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarə səhər saatlarında Finlandiyanın Rusiya Federasiyası ilə sərhədi yaxınlığında - Sankt-Peterburqdan cəmi 200 km aralıda dövrə vurub.

Məlumata görə, İsveç Hərbi Hava Qüvvələrinə məxsus “Gulfstream IV” kəşfiyyat təyyarəsi avqustun 22-də Linçepinq aviabazasından havaya qalxaraq Lappeenranta regionunda (Finlandiya) bir neçə saat dövrə vurub. Sonra o, şimala - Rusiya ilə sərhəddə yerləşən Şimal burnuna doğru istiqamətlənib.

Mütəxəssislər bildirirlər ki, hazırda İsveçdə bu ölkənin silahlı qüvvələrinin elektron kəşfiyyat üçün istifadə etdiyi iki oxşar təyyarə var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru