Taliban Pakistanı hədələdi: "Sərt cavab olacaq"

23-08-2023, 09:54           
Taliban Pakistanı hədələdi:
Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Siracuddin Haqqani bildirib ki, Pakistan hakimiyyətinin Taliban yaraqlılarına qarşı hər hansı aqressiv hərəkəti "sərt cavab”la müşayiət olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

"Əgər Pakistan hakimiyyəti Əfqanıstanda güc köməyi ilə nəyisə həll etmək istəsə, çoxlu ortaq cəhətləri olan iki xalqa ziyan dəyəcək”, deyə o bildirib.

Nazir Pakistan rəhbərliyinə yerli Taliban hücrəsi ilə danışıqlara getməyi, yaraqlılara qarşı "hərbi və cəza üsullarından” istifadə etməyə çalışmamağı tövsiyə edib.

Bundan əvvəl Pakistan hakimiyyəti açıq şəkildə Taliban hərəkatını Əfqanıstanla həmsərhəd Hayber-Paxtunxva əyalətində 50-dən çox insanın ölümünə səbəb olan terror aktında əli olmaqda ittiham edib.

Pakistanın Talibanı günahlandırdığı partlayış iyulun 31-də hakim koalisiyaya daxil olan "Camiat Ulema-e-Islam” (İslam Alimləri Məclisi) partiyasının mitinqində baş verib. 50-dən çox adam ölüb, 200-ə yaxın insan yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru