ABŞ Ukrayna üçün çətin qərar verə bilər - Polkovnikdən KRİTİK AÇIQLAMA

23-08-2023, 07:48           
ABŞ Ukrayna üçün çətin qərar verə bilər -
"Kiyev və Moskva arasında danışıqlara başlamazsa, Rusiya ordusu Qərbi Ukraynaya və hətta Lvova çata bilər".

Teref.Az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor jurnalist Taker Karlsona müsahibəsində deyib .

"Ukraynada əldə etmək istədiyimiz hər şeydə uğursuzluğa düçar olduq . İndi həqiqətən ehtiyacımız olan şey döyüşü dayandırmaq və yəqin ki, bəyənməyəcəyimiz bir razılaşmaya gəlməkdir", - o deyib.

Lakin o, vəziyyət nəzarətdən çıxmazdan əvvəl bunu etməyə çağırıb.

Bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ölkənin hərbi əməliyyatlar zamanı ağrılı itkilərlə üzləşməli olacağı barədə xəbərdarlıq edib . O, həmçinin etiraf edib ki, döyüşlər tezliklə bitməyəcək.\\Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru