AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun yaydığı məlumata görə, hal-hazırda bu ölkədə 220 nəfər potensial terrorçu-kamikadze yaşayır.
FTX direktoru qeyd edib ki, rəhbərlik etdiyi xidmət ehtimal edilən «şəhid-terrorçu»ları operativ nəzarət altında saxlayır.
««Terrorçular»la effektli mübarizə aparmaq üçün İnternetdəki nəzarətsizlik və anonimlik problemini həll etmək lazımdır. Terrorçular məhz bu imkanlardan fəal şəkildə bəhrələnirlər» – deyə, Bortnikov əlavə edib.