Gələcəkdə ən çox nefti bu ölkə istehlak edəcək - Səbəb

8-02-2024, 00:10           
Gələcəkdə ən çox nefti bu ölkə istehlak edəcək - Səbəb
Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna əsasən, 2030-cü ildən ən çox nefti Hindistan istehlak edəcək.

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, dünyada qarşıdakı illərdə neft istehlakının artmasında əsas bazar məhz Hindistan olacaq.

Proqnozlaşdırılır ki, Hindistanın neftə olan gündəlik tələbi 2030-cü ildə 2023-cü illə müqayisədə 1,2 milyon barel artaraq 6,6 milyon barelə çatacaq.

BEA xatırladır ki, Hindistan hazırda üçüncü ən böyük neft idxalçısıdır. Bu ölkədə avtomobillərin sayının artması, sənayenin böyüməsi neftə tələbi davamlı artırır.

Hindistanın neft istehlakında ilk sıraya yüksəlməsində Çinin və ABŞ-nin neft istehlakını azaltması da rol oynayacaq. Hər iki ölkə son illərdə alternativ enerji mənbələrinə böyük sərmayə qoyur. Həm ABŞ-nin, həm də Çinin avtomobil parkında elektriklə işləyən avtomobillərin sayının daha sürətlə artması müşahidə edilir. Adıçəkilən ölkələrdəki bu dəyişiklik Hindistanı dünyanın bir nömrəli neft istehlakçısına çevirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru