Tramp 24 saat ərzində Ukraynadakı münaqişəyə son qoyacaq - Polşa lideri

8-02-2024, 10:34           
Tramp 24 saat ərzində Ukraynadakı münaqişəyə son qoyacaq - Polşa lideri
Anjey Duda ABŞ prezidentliyinə namizədin vəzifədə olduğu dövrdə verdiyi sözlərə xilaf çıxmadığını dilə gətirib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçkilərdə qalib gələrsə, Ukraynadakı münaqişəni 24 saat ərzində dayandırmaq vədinə əməl edəcək. RİA Novosti xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Ruandada jurnalistlərə bildirib. Dudanın çıxışı onun ofisi tərəfindən yayımlanır.
Qeyd edək ki, bir müddət əvvəl Tramp ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişəni 24 saata bitirəcəyini bildirmişdi.
Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev hakimiyyətinin münaqişənin sülh yolu ilə, o cümlədən Trampın formuluna uyğun həllinə hazır olduğuna şübhə ilə yanaşıb.
“Mən Polşa Respublikasının Prezidenti, Donald Trampın ilk prezidentlik dövründə onunla işləmiş şəxs kimi öz təcrübəmdən danışa bilərəm. Onun mənə verdiyi söz yerinə yetirildi. Deməli, əgər prezident Trampdan hər hansı vəd almışamsa, o, mənə nəsə vəd edibsə, deməli, yerinə yetirilib”, Duda deyib.
sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru