Gürcü deputat prezidenti casusluqda ittiham etdi

9-02-2024, 00:02           
Gürcü deputat prezidenti casusluqda ittiham etdi
Deputat Sozar Subari Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini ölkəyə qarşı düşmənçilikdə ittiham edib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

“Salome Zurabişvilinin çıxışı ölkəyə qarşı düşmən çıxışı idi. Bu, Gürcüstan prezidentinin çıxışı deyildi, xarici agentin çıxışı idi. Bir ölkənin prezidenti şüurlu şəkildə və dəfələrlə Gürcüstan Konstitusiyasını pozursa, bu, ölkəyə qarşı düşmənçilikdir. Hansısa ölkənin prezidenti xaricə səfər edəndə və ya Gürcüstanda əcnəbi həmkarları ilə görüşündə birbaşa Gürcüstanın Avropa İttifaqına üzv olmağa və namizəd statusu almağa layiq olmadığını deyəndə, bu, düşmənçilikdir”, - deyə siyasətçi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru