Ağ Ev: ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır

9-02-2024, 15:03           
Ağ Ev: ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır
ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası ilə bağlı sualı cavablandıran Kirbi vurğulayıb ki, “hərbi rəhbərliklə bağlı qərarlar” Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən verilir.

“Silahlı qüvvələrə kim təyin edilsə, biz onunla işləyəcəyik. Biz ukraynalı həmkarlarımızla işləməyə davam edəcəyik”, – Ağ Evin sözçüsü bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru