“Qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır” - BVF

9-02-2024, 09:37           
“Qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır” - BVF
Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır və qlobal iqtisadiyyat tənəzzüldən qaçaraq yumşaq eniş etmək şansına malikdir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva deyib.

“Biz indi 2024-cü ildə yumşaq eniş etmək vəziyyətindəyik. Başqa sözlə, inflyasiya tənəzzülə səbəb olmadan tədricən hədəf səviyyələrə qayıdır. Bu, çox yaxşı xəbərdir”, - BVF rəhbəri bildirib.

Eyni zamanda, o qeyd edib ki, qlobal iqtisadiyyatla bağlı proqnozlara təsir etməkdə davam edən geosiyasi amillər mövcuddur: “Və geosiyasi gərginliklər artıq qlobal artım proqnozlarına kölgə salan bəzi parçalanmalara gətirib çıxarıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru