ABŞ bir nəfərlik uçan "HEXA" avtomobillini nümayiş etdirib - Video
19-05-2024, 16:58
ABŞ-ın "Lift Aircraft" şirkətinin istehsalı olan "HEXA" adlı uçan avtomobil Yaponiyanın paytaxtı Tokioda keçirilən texnologiya sərgisi çərçivəsində nümayiş uçuşu həyata keçirib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ-da istehsal edilən "HEXA" adlı tək nəfərlik uçan avtomobil Yaponiyada təqdim olunub.
"HEXA" Tokio "Big Sight" Konqres Mərkəzində keçirilən “SusHi Tech Tokyo 2024” texnologiya sərgisi çərçivəsində ölkədə ilk nümayiş uçuşunu həyata keçirib.
Tək oturacaqlı sərnişin salonunda 18 pərvanəsi olan 196 kiloqramlıq avtomobil, əvvəllər ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmiş LIFT Təyyarə Baş Pilotu Jace Digit McCovn ilə birlikdə 10 metr yüksəkliyə qalxıb.
Eni 4,5 metr, hündürlüyü 2,6 metr olan uçan avtomobilin nümayiş uçuşu 500 ziyarətçi tərəfindən maraqla izlənilib.
Tokio yerli rəsmiləri və sərgi təşkilatçıları bildirirlər ki, uçan nəqliyyat vasitələri yeni nəsil insan daşımalarının bir hissəsi olacaq və nəqliyyat sıxlığı ilə mübarizədə və fəlakət bölgələrinə materialların çatdırılmasında təsirli olacaq.