"Ölkəmizi Osmanlılardan xilas etdiyiniz üçün sizə borcluyuq"

26-09-2016, 18:41           
"Ölkəmizi Osmanlılardan xilas etdiyiniz üçün sizə borcluyuq"
İsrail rejiminin baş naziri Binyamin Netanyahu Avstraliya baş naziri Malkolm Turnbulla xitabən, "Ölkəmizi (Fələstini) Osmanlılardan xilas etdiyiniz üçün sizə borcluyuq", - deyib.

FaktXəbər-in məlumatına görə, İsrail rejiminin Baş Nazirlik ofisindən verilən yazılı açıqlamada Nyu Yorkda ötən çərşənbə günü Avstraliya baş naziri Malkolm Turnbullla görüşən Binyamin Netanyahunun, "Avstraliya əsgərlərinin etdiklərinə görə və ölkəmizi (Fələstini) Osmanlılardan xilas etdiyiniz üçün sizə borcluyuq. Bu böyük bir hadisə idi. Güman edirəm, tarixdəki son süvari hücumu budur" söylədiyi bildirilib.

Bəyanatda Turnbullun da onu İsrailə dəvət edən Netanyahuya qarşılıq olaraq, "Bəli, bu doğrudur. Son süvari hücumu Birüssebada baş verdi. Oranı ziyarət edəcəyəm", - deyib.

Birüsseba İngiltərə ordusundakı "Anzak" atlı birliklərinin 1917-ci ildə təşkil etdiyi hücumdan sonra başlayan müharibə nəticəsində Osmanlı İmperiyasının əlindən çıxmışdı. Bu tarixdən 1948-ci ilə qədər İngiltərə rəhbərliyinin idarəçliyində qalan şəhər, bu gün İsrail rejiminin işğalı altındadır.

Bugünkü İsrailin işğal etdiyi torpaqları da əhatə edən Fələstin, 1517-ci ildə Osmanlı İmperiyasına daxil olmuşdu. Fələstindəki Osmanlı hakimiyyəti 1917-ci ildə İngiltərənin bölgəni işğalı ilə başa çatmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru