Lavrovdan yeni Suriya açıqlaması
3-10-2016, 20:30

Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ ilə apardıqları Suriya danışıqlarının Vaşinqtonun mövqeyinə görə, nəticəsiz qaldığını bildirib.
FaktXəbər-in məlumatına görə, Moskvada kambocalı həmkarı ilə görüşəndən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Lavrov qeyd edib ki, ABŞ-ın Suriya məsələsindəki mövqeyi və açıqlamalarında ziddiyyətlər var. Suriya daxilindəki ikitərəfli müqavilələrin həyata keçirilməsinə birbaşa təsir edən bu vəziyyətin aradan qaldırılmasına ümid edirik. Suriya razılaşması Amerikanın müxalif qruplarla bağlı mövqeyinə görə hələ ki nəticəsiz qalıb. Müxaliflər, Rusiya-Amerika arasındakı müqavilələri qəbul etmir və yerinə yetirməkdən imtina edirlər. Bu vəziyyəti aydınlaşdırmaq istəyirik.
ABŞ dövlət katibi Con Kerri, ötən həftə verdiyi açıqlamada, Rusiyanın Hələbdəki hücumları dayandırmaq üçün lazımi addımlar atmasa və qarşıdurmaları dayandırmasa Moskva ilə Suriya daxilindəki ikitərəfli müqavilələri dayandırmaq üçün hazırlıqlar aparacaqlarını bildirmişdi.