Cənubi Koreyada iki hərbi kəşfiyyat rəisi saxlanılıb

16-12-2024, 11:17           
Cənubi Koreyada iki hərbi kəşfiyyat rəisi saxlanılıb
Cənubi Koreya polisi hərbi vəziyyətin tətbiqi ilə bağlı aparılan istintaq çərçivəsində Hərbi Kəşfiyyat Komandanlığının indiki və sabiq rəhbərlərini həbs edib.

TNS xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

"Polisin xüsusi istintaq qrupu hazırkı komandir, general-mayor Mun San Ho və komandanlığın sabiq rəisi No San-Vonu saxladığını bildirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, Prezident Yun Sok Yol qəfildən hərbi vəziyyət elan etdikdən sonra Mun Qvaçeondakı Milli Seçki Komissiyasının ofisinə qoşun göndərib.

Hazırkı hərbi kəşfiyyat rəhbəri sabiq müdafiə naziri Kim Yon Hyunun yaxın köməkçisidir. İstintaqın məlumatına görə, o, prezidenti hərbi vəziyyətin tətbiqinə hazırlamaqda şübhəli bilinir.

Məlumata görə, polis iki rəisi 48 saat dindirmək üçün saxlaya bilər. Məhkəmə bu müddət ərzində rəsmi order verməsə, Mun və No azadlığa buraxılmalı olacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.