Aİ yanvardan Ukraynaya ayda 1,5 milyard avro verəcək

17-12-2024, 11:34           
Aİ yanvardan Ukraynaya ayda 1,5 milyard avro verəcək
Avropa İttifaqı 2025-ci ilin yanvarından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ölkənin xarici işlər nazirlərinin ilk görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Bundan əlavə, Aİ qışın sonuna qədər ümumilikdə 75 min ukraynalı əsgərə təlim keçmək niyyətindədir.

Kallas bir daha qeyd edib ki, Ukraynaya yardım Aİ üçün prioritet olaraq qalır, Brüssel Rusiya ilə gələcək danışıqlarda Kiyevin mövqeyinin güclü olması üçün mümkün olan hər şeyi etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru