Tramp 75-dən çox ölkəyə rüsumları dayandırıb

10-04-2025, 09:18           
Tramp 75-dən çox ölkəyə rüsumları dayandırıb
ABŞ-nin bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumları 90 gün müddətinə dayandırılır.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında açıqlayıb.

Tramp qeyd edib ki, 75-dən çox ölkə ticarət, ticarət maneələri, rüsumlar, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı məsələləri müzakirə etmək üçün ABŞ nümayəndələrinə müraciət edib.

Bu dövlətlər, ABŞ-yə qarşı heç bir cavab tədbiri görməyiblər. Tramp bildirib ki, məhz buna görə də bu dövr üçün 90 günlük fasilə və cavab rüsumlarının əhəmiyyətli dərəcədə aşağı səviyyədə, yəni 10% təşkil edəcək şəkildə tətbiq olunması barədə əmr verib.

Ağ Ev rəhbəri həmçinin qərarın dərhal qüvvəyə mindiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru