Böyük Britaniyanın namizədi Trampın namizədinə qarşı - Kandada sabah seçkilərdir

Bu gün, 11:14           
Böyük Britaniyanın namizədi Trampın namizədinə qarşı -
Böyük Britaniyanın namizədi Trampın namizədinə qarşı. Sabah seçkilərdir.
Siyasətdə bəzən mümkünsüz də mümkün olur.
On ildir ki, hakimiyyətdə Trüdonun başçılığı ilə Liberal Partiya olub.
Kanadalılar Trüdodan beziblər.
İstər istəməz kimsə uzun müddət hakimiyyətdə qalanda cəmiyyət bütün problemləri onunla əlaqələndirir. İnsanlar yenilik istəyirlər. Yeni siyasi-sosial sifariş yaranır.
Yarım il əvvəl Kanada xalqı bu yeniliyi gətirə biləcək insan simasında Konservativ Partiyanın lideri, Trampın tərəfdarı Pyer Pualyevri gördü.
O, Trüdonu hər şeyə görə tənqid edirdi — immiqrant axınına, mənzil qiymətlərinin artımına, cinayətlərin çoxalmasına görə. Pualyevr vergilərin azaldılacağına, sərhədlərin bağlanacağına, "dərin dövlətin bataqlığının qurudulacağına" və Kanadanın yenidən böyük ediləcəyinə söz verirdi.
Bu sizə nəyisə və ya kimisə xatırladırmı?
Həmin vaxt konservatorlar liberalları 20 faizdən çox qabaqlayırdı. Bu, siyasət üçün fantastik üstünlükdür.
Amma sonra iki hadisə baş verdi.
Liberallar liderlərini dəyişdilər. Bütün neqativi üzərinə götürmüş və populyarlığını itirmiş Trüdonun yerinə sakit, təmkinli və güclü iqtisadçı Mark Karni gəldi.
Karni mərkəzçi siyasətə daha yaxın bir fiqurdur, halbuki Trüdo daha çox solçu idi.
Və sonra Tramp gəldi və Kanadaya "müharibə" elan etdi.
Bu zaman Karninin ulduzu parladı. Axı o, İngiltərə Bankının(!!!!!) rəhbəri olub və Britaniya iqtisadiyyatını "Brexit" fırtınasından uğurla çıxarmışdı. Belə ki, Trampın tarif müharibələri fonunda Karni daha üstün namizəd kimi görünür.
Karni həmçinin Kanadanın Avropa ilə müttəfiqlik münasibətlərinin gücləndirilməsinin tərəfdarıdır, bu da Pualyevrin trampçı təcrid siyasətindən kəskin fərqlənir.
Karni Trampa qarşı çox sərt mövqe tutur və kanadalılar bunu çox bəyənirlər.
Bəs Pyer Pualyevr?
Pualyevr öz trampçılığından təcili şəkildə imtina etmək və fərqli mövqe nümayiş etdirmək məcburiyyətində qaldı, çünki indi Kanadada anti-Tramp əhval-ruhiyyəsi zirvədədir. Ancaq belə sürətli "ayaqqabı dəyişmələri" heç vaxt yaxşı görünmür və xalq buna mənfi reaksiya verir.
Yuxarıda yazılanları nəzərə alsaq, Karninin reytinqi Pualyevrin reytinqini üstələdi.
Seçkilərə 1 gün qalmış durum budur, halbuki yarım il qabaq liberalların Kanadada yenidən qalib gəlməsi xəyalların içində xəyal kimi görünürdü.
P.S. Şəkildə solda Karni, sağda Pualyevrdir. Mərkəzdə olanı tanıyırsınız.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.