Dünyanın öz oxu ətrafında fırlanma sürətinin azaldığını iddia edən astronomiya mütəxəssislərinin tələbi ilə 30 iyun gecəsi saat 23.59.59-da dünya saatına 1 saniyə əlavə oluncaq. ANS PRESS-in məlumatına görə, 30 iyunu 1 iyula bağlayan gecə saatlar 23.59.59-da 2 dəfə çıqqıldayacaq. Beləcə dünya saatına 1 saniyə əlavə olunmuş olacaq. Mütəxəssislər hesab edir ki, bu sayədə dünyanın fırlanma sürətinin yaratdığı gün və mövsüm sürüşməsi səbəbindən əmələ gələn boşluq doldurulacaq.
Amma dünya saatlarına 1 saniyəlik əlavə İT mütəxəssislərini qorxuya salıb. Onlar hesab edir ki, dünya saatına 1 saniyəlik əlavə bir çox texniki sistemin çökməsinə səbəb ola bilər. Çünki, saatlar 23.59.59-u göstərdiyi zaman saatların 2 dəfə çıqqıldamasını çox sayda kömpüter səhv kimi qəbul edəcək ki, bu da bir çox sistemin dayanması ilə nəticələnə bilər.