“Rusiya ilə qarşıdurmaya hazırıq” - Pentaqon
22-06-2015, 17:03
ABŞ müdafiə naziri bəyan edib ki, Rusiya təsəvvür oluna biləcək gələcəkdə öz xarici siyasət kursunu dəyişməyəcək
Ona görə də NATO bloku hətta Putinin prezidentliyinin başa çatmasından sonra Moskva ilə qarşıdurmaya hazırdır. Pentaqon rəhbəri Eşton Karterin bildirdiyinə görə ABŞ və onun müttəfiqlərinin Rusiya ilə qarşıdurmasının Vladimir Putinin öz postundan getməsindən sonra da davam edəcəyi aydındır. “Rusiya nə Vladimir Putinin rəhbərliyi altında, nə ondan sonra dəyişə bilməz. Mən dəyişikliklər dedikdə bu gözləntiləri nəzərdə tuturam”-Eşton Karter bildirib.
Ötən həftə Putin Rusiyanın nüvə arsenalına istənilən raketdən müdafiə sistemini dəf edə bilən 40 yeni qitələrarası ballistik raketin əlavə olunduğunu açıqlayıb. Rusiya prezidenti bunu NATO-nun ölkə sərhədlərinə doğru yeni qüvvələr yerləşdirməsi ilə izah edib. NATO müdafiə nazirləri isə Rusiyanın nüvə təhdidinə qarşı planın müzakirəsinə başlayıb. Rusiya ilə ABŞ arasındakı münasibətlər tamamilə soyuq müharibə dövrünü xatırladır, hətta ondan daha betərdir. Çünki qərbdə deyirlər ki, heç SSRİ indiki Rusiya kimi nüvə silahı ilə açıq-aşkar hədələmirdi.(virtual.org)