Araz Ağalarov: Təəssüf ki, biz hərdən səhv edirik...
22-06-2015, 17:21
Rusiyalı biznesmen Araz Ağalarov oğlu Emin Ağalarovla Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın nikahının pozulmasından təəssüfləndiyini bildirib.
“Çox təəssüf edirəm ki, belə alındı. Onların hər ikisi xeyirxah, pozitiv insanlar idi. Görünür, nəsə alınmayıb. Onların aralarındakı çox yaxşı münasibətləri qoturuyub saxlayıblar. Uşaqlarını bir yerdə tərbiyə edirlər” - deyə A.Ağalarov “Vedomosti” nəşrinə müsahibəsində bildirib.
Araz Ağalarov özünün tikinti biznesindən də danışıb, bildirib ki, hazırda əsas vəzifəsi Dünya Çempionatı-2018 üçün nəzərdə tutulan stadionların tikintisini vaxtında başa çatdırmaqdır.
“Vaxtında başa çatdırmamaq variantı heç nəzərdən də keçirilmir. Nəzərə alsaq ki vaxt çox azdır, biz Kalininqradda tamam ayrı texnologiya tətbiq edirik. Bu, bizi qorxutmur”- iş adamı deyib.
Ağalarov stadionların tikintisi üçün iri məbləğdə kreditlər götürdüyünü təkzib edib, ancaq “Sberbank”a 1 milyard dollar borcu olduğunu təsdiqləyib.
“Bizim “Sberbank” qarşısında valyuta ilə 1 milyard dollarlıq borxumuz var. Ancaq Allaha şükür ki, öhdəsindən gəlirik və hətta əldə etdiyimiz gəlirlər hesabına yeni obyektlər də tikirik. Bu, hələ 2000-ci illərin əvvəllərində götürülmüş kreditdir, ancaq bizim hazırda kommersiya təyinatlı 1.4 milyon kvadratmetr daşınmaz əmlakımız var. İlk “Crocus-City” yaşayış-biznes mərkəzinin, okeanariumun, konsert zalının tikintisinə başlamışıq”-Ağalarov bildirib.
İş adamı deyib ki, biznesinin bir hissəsini oğlu Emin Ağalarovun idarəçiliyinə verib. “Onun tabeçiliyində “Vegas” ticarət-əyləncə kompleksi,
“Restaurants by Crocus Group” brendi altında 23 restoran, “Crocus City Moll” ticarət kompleksi, eyni adlı konsert zalı, “Vegas City Hall” konsert zalı, Azərbaycanda, Nardaranda “Sea Breeze Resort” layihəsi və digər obyektlər var”- ata Ağalarov deyib.
Onun sözlərinə görə, Emin hələ tikinti biznesi ilə məşğul olmaq istəmir: “Əgər o, tikinti biznesinə girsə, mənə bir iş qalmayacaq, gərək pensiyaya çıxıb. Mənim üçün tikinti asandır. Mollun konseptual tamamlanması və icarəçilərin seçilməsi isə mənə daha çətin gəlir”.
Ağalarov qızının nə işlə məşğul olduğu haqda suala cavab olaraq deyib ki, onu ABŞ-a təhsil almağa göndərib və səhv edib. “Ancaq nə etmək olar. Təəsüf ki, biz hərdən səhv edirik. Digər tərəfdən bu, onun seçimidir, ola bilsin orada yaşamağı daha yaxşıdır. O, Nyu Yorkda yaşayır və deyir ki, burada bizdə “hər şey qaranlıqdır”-Ağalarov bildirib.