İŞİD terror qruplaşması liderlərindən biri öldürülüb.
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi koalisiyanın Mosul şəhərində həyata keçirdiyi hava hücumlarında İŞİD liderlərindən biri olan Ali Avni əl-Harzinin məhv edildiyi bildirilir. Bu barədə Pentaqonun yaydığı açıqlamada qeyd edilir.
“2012-ci il sentyabrın 11-də ABŞ-ın Liviya səfiri Kris Stivens daxil olmaqla, 4 amerikalının öldüyü benqazi konsulluğunda şübhəli bilinən Tunis vətəndaşı Ali Avni əl-Harzi iyunun 15-də Mosulda koalisiya qüvvələri tərəfindən məhv edilib”, – deyə Pentaqon sözçüsü Stiv Uorren yaydığı yazılı açıqlamada bildirib.