"Novaya qazeta» rəsmi versiyanı şübhə əltına alır! - «Natsqvardiya»- ya qanlı hücumun pərdəarxası!

25-03-2017, 21:58           
"Novaya qazeta» rəsmi versiyanı şübhə əltına alır! - «Natsqvardiya»- ya qanlı hücumun pərdəarxası!
Rusiya KİV-lərinin verdiyi xəbərə görə, Çeçenistanın Naursk stanitsasında yerləşən «Natsqvardiya» bazasına edilmiş hücumla bağlı «Novaya qazeta» nəşrinin əldə etdiyi məlumatlar rəsmi strukturlanın irəli sürdüyü versiyanı şübhə altına alır.
Qəzet tərəfindən rəyi soruşulmuş ekspertlər hesab edirlər ki, bazaya «hücum etmiş» terrorçular diri halda ələ keçirilib, sonra isə qətlə yetiriliblər.
«Natsqvardiya» tərəfindən təsdiqlənmiş rəsmi versiya bundan ibarətdir: Altı terrorçu bazaya hücum edib – altı hərbcini öldürüb, üçünü isə yaralayıb. Döyüşdə hücumçuların hamısı məhv edilib.
«Novaya qazeta» istintaq qrupu üzvlərindən biri tərəfindən hadisə yerində çəkilmiş bir neçə fotoşəkli dərc edib. Mütəxəssislərin fikrincə, həmin dəhşət saçan kadrlar təsdiqləyir ki, terrorçular heç də döyüşdə öldürlməyiblər. Təsvirlərdən açıq-aydın görünür ki, hücumçular qulaq boşluğuna açılmış atəşlə öldürüləüblər. Öldürülənlərdən birinin biləyində qandalın və ya kəndirin doğurduğu qançar görünür. Fotolarla tanış olan məhkəmə-tibbi ekspertlər böyük ehtimalla təsdiqləyirlər – atəşlər yaxın məsafədən açılıb. Qəzetin həmsöhbətlərindən biri bunu «hərbi əsirlərin tipik güllələnməsi» adlandırıb.
Maraqlıdır ki, meyitlərdən birinin bədəninə partlayıcı qurğu təzə palçıq ləkəsinin və otların üstündən «skotç»la sarınıb. Bundan başqa, hadisə yerinə başış keçirilməsi prosesində iştirak etmiş prokurorluq əməkdaşının məlumatına görə, hərbi hissəyə hücum etmiş çeçenlər dəyənək və bıçaqlarla silahlanmış olublar, amma onların odlu silahı olmayıb. Bununla yanaşı, həlak olanların bədənlərindəki yaraların xarakteri onların məhz odlu silahdan açılmış atəşlə öldürüldüklərindən xəbər verir. Bu yaraların necə alınması və atəşin məhz kimlər tərəfindən açılması barədə fikir söyləmək üçün güc strukturlarının irəli sürdüyü versiya heç bir əsas vermir.
Naursk sakinlərinə istinadla, «Novaya qazeta»-nın verdiyi məlumata görə, yerli çeçenlər və «Natsqvardiya»-nın gəlmə döyüşçüləri arasında münaqişə milli zəmində baş verə bilərdi. Bu da öz növbəsiqdə, onların saxlanmasına və amansızlıqla qətlə yetirilməsinə əsas olardı.AzPolitika.info//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.