İŞİD-in Misir qolu Ənsar Beytül Makdis və Misir ordusu arasında döyüşlər şiddətlənib.
Ölkənin Sinay yarımadasındakı Əl-Ariş və Şeyx Züveyd bölgələrində dünəndən başlayan şiddətli döyüşlər hələ də davam edir. Məlumata görə, Misir ordusunun birlikləri adıçəkilən rayonlarda böyük itkilər verdikdən sonra geri çıkiliblər. Hazırda bölgəyə Misir təyyarələri havadan bomba yağdırırlar. Hazırda Şeyx Züveyd qəsəbəsinin tam olaraq İŞİD-in nəzarətinə keçdiyi bildirilir.
Məlumata görə Misir rəhbərliyi Sinay yarımadasında hərbi təyyarələrdən istifadə etmək üçün İsraildən icazə istəyib. İsrailin uçuşa icazə verdiyi bildirilir.
Xatırladırıq ki, ərəb-İsrail müharibəsindən bu yana Sinay üzərində iki ölkənin icazəsi olmadan hərbi təyyarələrin uçmasə qadağandır.