Rusiya ordusu Belarusa daxil oldu - VİDEO

17-08-2017, 15:18           
Rusiya ordusu Belarusa daxil oldu - VİDEO
Rusiyanın hərbi texnikası Belarusa daxil olub. Virtualaz.org “Xartiya” nəşrinə istinadən xəbər verir ki, təqdim edilən videoda qara rəngli, “RUS” yazılmış dövlət nömrə nişanlı onlarla “Ural” markalı yük maşınından ibarət kolonun keçdiyi görünür.

Üstü bağlı olan maşınlar Belarus Silahlı Qüvvələrinin 72-ci Birləşmiş təlim mərkəzinin yaxınlığında meşəyə daxil olublar.

Kolon Belarusun DAM avtomobilləri tərəfindən müşayiət olunub.

Xatırladaq ki. sentyabrda “Qərb-2017” adlı Rusiya-Belarus hərbi təlimləri başlayacaq. Belarusa Rusiyadan rekord sayda – 4000-dən çox vaqonla hərbi texnika gətirilib. Bəzi şərhçilərin fikrincə, təlimlərdən sonra Rusiya ordusu Belarusda qalacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru