İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var

18-08-2017, 08:55           
İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub, xəsarət alanlar var
İspaniyanın Alkanar şəhərində növbəti partlayış olub.
"Report" xəbər verir ki, bu barədə "324 cat" məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə yerli vaxtla saat 17-də baş verib. Partlayış zamanı 9 nəfər xəsarət alıb. İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.
Qeyd olunur ki, partlayışın baş verdiyi binada 1 gün əvvəl də analoji hadisə olub. Nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Təhqiqat Alkanardakı birinci partlayışı Barselonada avqustun 17-də baş vermiş terrorla əlaqələndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru