Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü azadlıqdadır

18-08-2017, 08:56           
Barselonada terror aktında yaralananların sayı 119-a çatıb, hadisəni törədən sürücü azadlıqdadır
Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 119 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "El Pais" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Qeyd edək ki, bundan əvvəlki məlumatda 100 nəfərin xəsarət aldığı bildirilirdi. Lakin hakimiyyət orqanları yaralananların sayının artacağını qeyd edirdilər.
Avqustun 17-də naməlum sürücü avtomobili Barselonada, Rambla küçəsində piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
"El Pais"in məlumatına görə, polis terror aktını törətmiş şəxslərdən ikisini saxlayıb. Atışma zamanı daha bir terrorçu öldürülüb. Lakin hadisəni törədən sürücü hələ tapılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru