Myanmarın Arakan əyalətində polis və sərhəd bölmələrində baş verən hücumlar nəticəsində həlak olanların sayı 96 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Myanmar Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi qurumlardan verilən açıqlamada ölənlərdən 12-nin təhlükəsizlik xidməti əməkdaşları, 6-nın mülki vətəndaş, digərlərinin isə hücumçular olduğu bildirilib.