Ali Radanın keçmiş spikeri və tanınmış siyasi şəxs Andriy Parubinin qətlinin pərdəarxası - Rusiya təşkil edib

Bu gün, 10:29           
Ali Radanın keçmiş spikeri və tanınmış siyasi şəxs Andriy Parubinin qətlinin pərdəarxası - Rusiya təşkil edib
Ukrayna hüquq-mühafizə orqanların verdiyi son məlumata görə, Ali Radanın keçmiş spikeri və tanınmış siyasi şəxs Andriy Parubinin qətlində şübhəli bilinib tutulan adam cinayəti etiraf edib Məlum olub ki, qətldə Rusiya xidmətinin əli var.
Hadisə necə olub...
Bildirilir ki, 52 yaşlı Lvov sakini Ukrayna Silahlı Qüvvələrinin hərbçisi olan oğlunun 2023-cü ildə Baxmut istiqamətində itkin düşdüyünü öyrənib. Oğlunun taleyi ilə bağlı məlumat tapmaq üçün həmin şəxs Rusiya sosial şəbəkələrinə girərək oğlu barədə öyrənməyə başlayıb. Və orada da Rusiyanın bəzi nümayəndələri ilə əlaqəyə çıxıb. Onlar oğlunun guya öldüyünü bildiriblər.
Əsgər atası beləcə düşür Rusiya xüsusi xidmət orqanlarının əlinə. Başlayırlar atanı hərbçi olan oğlunun meyitinin yeri barədə məlumatla şantaj etməyə. Atanın faciəsindən istifadə edən ruslar ona Lvovda yaşayan, çoxdan Rusiya hədəfində olan siyasətçi Parubini öldürülmə müqabilində oğlunun cəsədini verəcəklərini bildiriblər.
Daha sonra həmin şəxs ruslarla əlaqədə olaraq Parubiyin qətlinə hazırlaşmağa başlayıb. Bunun üçün ona pul veriblər, o da silah alıb, velosiped və dəbilqə alıb. Bundan da əlavə, o, siyasətçinin hərəkətlərini izləmək üçün istifadə etdiyi saxta sənədlərdən avtomobil alıb. Sonra qətli həyata keçirib. Hazırda, istintaq bu epizodları yoxlayır.
Qətli törədən şəxsin, cəbhədə həlak olan əsgər atası olması şübhə doğurmur. Və videodan da görünürdü ki, qətli törədib qaçanda səndələyir, ayaqları bir birinə dolaşır, özü də çaşqın halda bilmirdi hara qaçsın. Əsil killerlər isə qətl edən kimi, cəld, idmançı çevikliyi ilə, uzaqlaşır, həm öncədən planlı bilirlər, hansı tərəfə qaçsınlar.
Ancaq, görünür ki, əsgər atası qatil də hər şeyi boynuna almır, qaranlıq məqamlar qalır, xeyli. Görünür ruslar isə ona xeyli pul veriblər, demir. Həm də, ruslarla əlaqələrini tam açmır. Açar...
Ilqar Altay
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru