“Architectural Construction Group” MMC-nin vergi borcu daha da artıb.
Valyuta.az xəbər verir ki, hazırda şirkətin vergi borcu 6 287 733,56 manat təşkil edir.
Cari ilin iyun ayında MMC-nin borcu 5 027 539,97 manat idi. Bir neçə ayın işində şirkətin borcu təxminən 1 manatdan çox artıb. “Architectural Construction Group” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əsgərov Elşən Gəncə oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.