Kobaxidze: "QHT-lər dövlət əleyhinə fəaliyyət göstəriblər, hər kəs istintaqla əməkdaşlıq etməlidir"

Bu gün, 15:14           
Kobaxidze: "QHT-lər dövlət əleyhinə fəaliyyət göstəriblər, hər kəs istintaqla əməkdaşlıq etməlidir"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) dövlət əleyhinə fəaliyyət göstərdiyini bəyan edib.
Hökumət başçısı jurnalistlərə açıqlamasında bildirib ki, QHT-lər inqilabi proseslərdə iştirak ediblər:

"Biz hamımız yaxşı bilirik ki, QHT-lər bilavasitə anti-dövlət fəaliyyətində iştirak ediblər. ABŞ-nin hazırkı administrasiyası da bunu etiraf edib. USAİD, NED və digər fondlar vasitəsilə konkret təşkilatlar təkcə Gürcüstanda deyil, müxtəlif ölkələrdə də dövlət əleyhinə fəaliyyətə cəlb olunublar".

Kobaxidzenin sözlərinə görə, bu məsələ istintaq çərçivəsində araşdırılır: "Qalanı istintaqın işidir. Hər kəs istintaqla əməkdaşlıq etməyə borcludur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru