İsrailin Skana Robotics şirkəti iki yeni avtonom dəniz aparatını təqdim edib: “Bull Shark” və “Stingray”
Bu gün, 11:26
Dəniz xüsusi təyinatlılarının veteranları və robototexnika mütəxəssisləri tərəfindən təsis olunmuş İsrailin Skana Robotics şirkəti NATO standartlarına uyğun şəkildə kütləvi istehsal və inteqrasiya üçün nəzərdə tutulmuş iki yeni avtonom dəniz platformasını təqdim edib — üzən “Bull Shark” və sualtı “Stingray”. Şirkətin məlumatına görə, “Bull Shark” kəşfiyyat, patrul və zərbə (kamikadze) missiyaları üçün nəzərdə tutulub, 150 kq-a qədər faydalı yük daşıya bilir. Zərurət yarandıqda, bir neçə platformanın koordinasiyasını həyata keçirən rabitə mərkəzi rolunu da oynaya bilər. “Stingray” isə sualtı kəşfiyyat, sualtı qayıqlara qarşı müdafiə və dəniz infrastrukturlarının qorunması üçün nəzərdə tutulub. Dron avtonom naviqasiya, dənizin dibinə “sancılmaq” qabiliyyəti və “səssiz rejimdə” uzun müddət gözləmə imkanı ilə təchiz olunub. Skana bu yeni texnikaları avtonom və çoxsəviyyəli əməliyyatlar üçün vahid ekosistemin bir hissəsi kimi təqdim edir. Джавид Дамирли TEREF