Bakıda ciddi problemlər yaşana bilər: iki əraziyə işarə – “Hazır olmalıyıq!”

Bu gün, 09:49           
 Bakıda ciddi problemlər yaşana bilər: iki əraziyə işarə –
Payız fəslinin gəlməsinə sayılı günlər qalmış bir sıra məsələlər aktuallaşıb. Xüsusilə gözlənilən yağmurlu hava şəraiti bəzi problemlərin müzakirəsinə yol açıb. Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tunel və “Bağırov körpüsü”nün alt hissəsində su basma riskləri bu sırada yer alır.

“Bağırov körpüsü”nün alt hissəsi və Sabunçudakı məlum keçid düzəldilibmi? Bununla bağlı hansı təhlükələr var?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, hazırda “Bağırov körpüsü” ilə bağlı müəyyən işlər görülür:

“Lakin onların effektivliyi barədə dəqiq nəsə demək mümkün deyil. Sabunçudakı tunel də problemli vəziyyətdədir. Yağış yağan kimi burada ciddi fəsadlar yaranır. Buna görə də qurumlar daşqın və sel hadisələrinin baş verməsini gözləmədən vaxtında qabaqlayıcı tədbirlər görməlidirlər. Çünki həmin ərazidə artıq bir neçə dəfə fəlakət yaşanıb və ölüm halları qeydə alınıb”.

Ekspert bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 7-ci maddəsinə görə, yol hərəkəti təhlükəsizliyi təmin edilərkən iqtisadi maraqlardan öncə insan amili nəzərə alınmalıdır:

“Çünki insan həyatı hər şeydən dəyərlidir və bu məsələyə ciddi yanaşmaq lazımdır. Təhlükəsizlik səviyyəsi mümkün qədər sıfıra endirilməli, eyni yerdə təkrar qəzalara yol verilməməlidir. Təəssüf ki, bəzi hallarda qabaqlayıcı tədbirlərin olmaması ölümlərə gətirib çıxarır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru