Azərbaycan futbolunda tarixi an: İbrahim Babayev "Barselona"ya imza atdı

Bu gün, 11:24           
Azərbaycan futbolunda tarixi an: İbrahim Babayev "Barselona"ya imza atdı
Azərbaycan gənclərinin zəhməti, istedadı və əzmi artıq Avropanın ən böyük futbol arenasına qədər uzandı. Dünyanın nəhəng klublarından biri olan "Barselona" ilə müqavilə imzalayan 2008-ci il təvəllüdlü İbrahim Babayev ölkə futboluna yeni bir tarix yazdı. Bu hadisə təkcə bir futbolçunun şəxsi uğuru deyil. Bu, Azərbaycan gənclərinin iradəsinin, gücünün və potensialının beynəlxalq səviyyədə təsdiqidir.
“Barselona” kimi dünya futbolunun simvoluna yol açmaq hər kəsə nəsib olmur. İbrahim Babayevin bu uğuru Azərbaycanın bayrağını futbol xəritəsində bir addım da yüksəyə qaldırdı. Bu, minlərlə gənc üçün mesajdır: “əzmlə çalış, arzularına inan və ölkəni dünyada taint”.

Hər bir gəncin uğuru yalnız özünə deyil, bütün millətə aiddir. Gənclər irəli getdikcə Azərbaycan da irəli gedir. Onların hər bir nailiyyəti ölkəmizin tanıdılması, güclü və nüfuzlu dövlət kimi qəbul edilməsinə xidmət edir. Bu gün Babayevin imzaladığı müqavilə sabah başqa istedadların yolunu işıqlandıracaq.

Azərbaycan milli komandasının üzvü olan Babayevin “Barselona”da toplayacağı təcrübə, şübhəsiz, gələcəkdə yığmamıza güc qatacaq. Bu addım həm də gənc futbolçuların inamını artıracaq. Artıq Avropanın ən möhtəşəm klublarına gedən yolun açıq olduğunu biləcəklər.

İbrahim Babayevin “Barselona”ya imzası bir gəncin arzusu deyil, bir xalqın qürurudur. Bu hadisə sübut etdi ki, Azərbaycan gəncləri bacarır, irəli gedir və ölkəsini tanıdır. Gələcəkdə daha çox gəncimizin dünya miqyasında uğurlarına şahid olmaq arzusu ilə bu gün biz hamımız bir qədər də qürurluyuq.

Leyla Mirzə, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru