Avropa Komissiyası sədrinin reysi barədə iddialara "Flightradar" cavab verdi
Bu gün, 15:08
"Flightradar" xidməti göyərtəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin olduğu təyyarədə GPS sistemində nasazlıq yaranması barədə məlumatı təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə servis "X" sosial şəbəkəsində paylaşım edib.
"Göyərtəsində Ursula fon der Lyayenin olduğu reys uçuşdan enişədək stabil siqnal ötürürdü", - deyə məlumatda qeyd olunub.