"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib
Bu gün, 07:18
"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır. Fərid Fərhadzadə bu ilin martında ad gününə özəl olaraq Londonda ALUFAR UK LIMITED şirkətini qeydiyyatdan keçirib. Sənədlərə görə şirkətin direktoru Vüqar Axundov adlı şəxsdir, benefissiarı isə Fərid Fərhadzadədir. TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir bəy yaır: O, yeni şirkətini Londonda İsrail vətəndaşı kimi təsis edib. Şirkətə 25120 fəaliyyət kodu– metal qapı və pəncərə istehsalı lisenziyası verilib. Bu sahə əsasən müxtəlif növ metal materiallardan (məsələn, alüminium, polad, dəmir və s.) qapı, pəncərə və onların çərçivələrinin istehsalı ilə məşğul olan müəssisələri əhatə edir. Fərid Fərhadzadənin Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Fərhadovun oğludir. Cavanşir Həsənli