İstanbulda meşəlik ərazilərdə yanğın hadisəsi qeydə alınıb. Yeni Şafaq xəbər verir ki, İstanbulun Ataşehir rayonundakı Kayışdağı bölgəsində meşəlik ərazidə yanğın başlayıb.
Kayışdağı Ferhatpaşa yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Məlumatdan sonra əraziyə yanğınsöndürənlər və polis göndərilib.
Dərhal yanğınsöndürmə əməliyyatlarına start verilib.