Keçmiş əri azərbaycanlı qadını Finlandiyada öldürdü Bu gün, 10:14 Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.Tribunainfo.az xəbər verir ki, bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədirlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Facebook-da paylaş