Şəkidə evə basqın edən maskalılar tutuldu - Biri "Dəhnəli Elçin"nin bacısıoğludur Foto
Bu gün, 11:20
Şəkidə quldurluq hadisəsi baş verib.
Rayonun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzilə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəliblər. Bu yolla həmin şəxslər pul ələ keçirərək qaçıblar.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Şəki ŞRPŞ-nin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir. S.S TEREF-in əldə etdiyi məlumata görə həbs edilən Anar Sadıqov Kçik Dəhnədə yaşayan dayıları Rahim Calalov və kənd bələdiyyəsinin sədri Əlvida Calalov tərəfindən gizlədilirmiş. Əldə etdiyimiz məlumata görə Anar Sadıqov mediada dəfələrlə adı kriminal hadisələrdə hallanan "Dəhnəli Elçin" ləqbəli kriminal avtoritetin bacısı oğludur.