Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.
Bu gün, 09:36
Azərbaycan Respublikası müdafiə nazirinin keçmiş müavini — Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024) Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb. TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Cavanşir bəy daha sonra yazır: LONDON GASTRONOMY GROUP LTD şirkəti onun vəzifədən azad edilməsindən cəmi 6 gün sonra ləğv edilib. FOLEY'S RESTAURANT LIMITED şirkəti və eyniadlı lüks restoranın fəaliyyətinə isə bu ilin aprelində iflas qərarı ilə son verilib. Cavanşir Həsənli