ABŞ lideri Donald Tramp prezidentlik müddəti başlayandan 225 günün 66-da qolf meydançalarına gedib.
Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
"Bu o deməkdir ki, o, yanvarın 20-dən (Trampın andiçmə günü - red.) bəri keçən günlərin 29,3%-ni özünə məxsus meydançalarda qolf oynayıb", - deyə məlumatda bildirilir.
Jurnalistlər qeyd ediblər ki, payızın ilk günü Tramp Virciniya ştatında qolf klubundadır.