Göyçay Su Meliorasiya Sistemləri idarəsi işləyirmi? VİDEO

Bu gün, 10:28           
Göyçay Su Meliorasiya Sistemləri idarəsi işləyirmi? VİDEO
Göyçay Su Meliorasiya Sistemləri idarəsinin fəaliyyətindən daha bir şikayəti sizlərə təqdim edirik.

Rayonun Əlikərim küçəsi, dalan 8 ünvanında yaşayan rayon sakinləri ərazidən keçən suvarma arxının bərbad vəziyyətdə olmasından çox narahat olduqlarını bildirirlər. Sakinlər qeyd edir ki, uzun illərdir ki, bu arxda nə təmizlik işləri aparılır, nədə qazıntı.

Bizdə sakinlərin şikayəti əsasında əraziyə baxış keçirdiyimiz zaman görünən mənzərə həqiqətəndə bizi məyus etdi. Çünki şəhər ərazisindən keçən və rayonun bir neçə küçə və kəndlərinə gedən suvarma arxının bu vəziyyətdə olması, Göyçay Su Meliorasiya Sistemləri idarəsinin rəisi Sadiq Məmmədovun necə fəaliyyət göstərməsindən xəbər verir. Bizdə öz növbəmizdə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədri cənab Zaur Mikayılova müraciət edərək xahiş edirik ki, Göyçay rayonu üzrə kamisiya ayrılaraq bu kimi ərazilərdə yoxlamalar aparılsın və Sadiq Məmmədovun fəaliyyəti aşkarlanaraq barəsində qanuna müvafiq tədbirlər görülsün.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru