1862-ci ildə Böyük Britaniyada doğulan Cozef Merrik hamı kimi normal üzə sahib idi, amma...

Bu gün, 09:54           
1862-ci ildə Böyük Britaniyada doğulan Cozef Merrik hamı kimi normal üzə sahib idi, amma...
İki yaşı olanda bədənində, üzündə və boynunda deformasiyalar və şişkinliklər əmələ gəlməyə başladı. Ağız, dodaq və dili o qədər böyümüşdü ki, danışmaqda çətinlik çəkirdi. Bu fiziki qüsurlarına görə filə bənzədiyindən ona “Fil adam” deyirdilər.
Uşaqlığında məsxərəyə qoyulmuşdu. Uşaqlar ondan qaçır, daş atır, görkəminə gülürdülər. Onun anasının guya sirkdə filin hücumuna məruz qalması barədə amansız bir şayiə dolaşırdı.
O, özünü çox sevən, ona mərhəmət və şəfqət göstərən anasının qucağına sığınırdı. Ana onun üçün sakitlik və etibar limanı idi. Amma 11 yaşında anası öldü və Merrik sevgi dolu sığınacağını itirərək sərt bir dünya ilə üz-üzə qaldı.
Atası sərxoş idi və onunla çox kobud davranırdı. Atası yenidən evlənəndən sonra ögey anası da ona pis rəftar etməyə başladı. Merrik küçələrə düşdü, evsiz, ağır bir həyatla qarşı-qarşıya qaldı. Daha sonra evsizlər üçün sığınacağa göndərildi, amma oradakı həyat küçədəki həyatından da pis oldu. Bu səbəbdən yenidən küçələrə qayıtdı.
Bir sirk sahibi onu gördü və insanlara nümayiş etdirmək üçün qəfəsə saldı. Şəhər-şəhər gəzdirilir, sirk sahibinə böyük pullar qazandırırdı. Tamaşalar zamanı insanlar ona gülür, təhqir edir, daş və pomidor atır, ona “canavar” deyirdilər. Sonradan İngiltərədə belə nümayişlər qadağan edildi və Merrik yenidən küçələrə düşdü.
Xoşbəxtlikdən Treves adlı bir həkimlə tanış oldu. Həkim ona rəğbət göstərdi və yardım təklif etdi. Əvvəlcə Merrik imtina etsə də, küçələrdə çox əziyyət çəkdikdən sonra razılaşdı.
Kraliça Viktoriya onun çəkdiyi əzabları eşidib Dr. Treves-ə onu İngiltərədə bir xəstəxanada bütün şəraitlə təmin etmək üçün icazə verdi. Ona isti yataq, isti yemək, tibbi qulluq və bütün ehtiyac duyduğu şeylər verildi.
Xəstəxanadakı bütün işçilər ona mehribanlıq göstərirdilər, çünki o, çox zərif, ağıllı və xoşxasiyyətli idi. İngiltərədə insanların çoxunun savadsız olduğu bir dövrdə o, oxuyub-yaza bilirdi. Çox mədəni idi, Şekspirin əsərlərini mükəmməl oxuyur və təhlil edirdi. Romanlar, şeirlər yazır, incəliklə hazırlanmış memarlıq modelləri qururdu.
Söhbətləri, zəngin biliyi və zəkası ilə zadəganlar, aydınlar, hətta şahzadələr belə onu görməyə gəlirdilər. Hekayəsindən təsirlənən bir şahzadənin tövsiyəsi ilə krallıq xəstəxanasına köçürüldü və qəzetlərə mövzu oldu.
Bu fotoşəkil onun ölümündən bir il əvvəl, 27 yaşında çəkilmişdi. Sonu faciəvi oldu: otağında kürəyi üstə yatarkən tapıldı. Başının böyüklüyünə görə yalnız yan yataraq dincələ bilirdi. 1890-cı ildə, 28 yaşında üzü üstə yatdığı üçün boğularaq vəfat etdi.
Onun yalnız bir arzusu vardı: “Kaş ki, məni bir qadın sevəydi, kor da olsa”. O, bir qadının sevgisinə həsrət qalaraq öldü.
1980-ci ildə onun həyatını danışan “Fil adam” adlı film çəkildi. Film böyük uğur qazandı və 8 nominasiyada “Oskar” mükafatına layiq görüldü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru