Kataloniyada naməlum şəxs seçki məntəqəsinə hücum edib, iki nəfər yaralanıb
2-10-2017, 08:32
Kataloniyada naməlum şəxs bıçaqla seçki məntəqəsinə hücum edərək iki nəfərə xəsarət yetirib. "Report" xəbər verir ki, bu barədə polisə istinadən "La Vanguardia" nəşri yazıb. Bildirilir ki, insident Santa-Marqarida-de-Monbuy seçki məntəqəsində baş verib. Nəşrin məlumatına görə, kişi saxlanılıb. Zərərçəkmişlər yüngül bıçaq xəsarəti alıblar.