Ermənistan elektrik şəbəkəsini rusiyalı milyarder alır

30-07-2015, 13:14           
Ermənistan elektrik şəbəkəsini rusiyalı milyarder alır
Ermənistan mətbuatı “Ermənistan Elektrik Şəbəkəsi”nin yeni sahibinin adını açıqlayıb.

Modern.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, şəbəkə Rusiyanın ən varlı şəxslərindən sayılan “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan tərəfindən satın alınacaq. Qəzetin məlumatına görə baş nazir Ovik Amramyan bəzi hökumət üzvləri ilə görüş zamanı oktyabr ayına qədər razılaşmanın imzalanacağını deyib. Abramyan Rusiyanın rəhbər şəxslərinin də buna razılıq verdiklərini deyib.
Ermənistanda elektrik enerjisinin qiymətlərinin 15% bahalaşmasına etiraz edən kütlə 1 aya yaxındır ki, Ermənistanın mərkəzi yollarından olan Baqramyan prospektini bağlı saxlayırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.