Co Bayden Hillari Klintona rəqib olur

2-08-2015, 14:04           

ABŞ prezidentliyinə daha bir tanınmış siyasətçi öz namizədliyini irəli sürəcək.

Ölkə.az xəbər verir ki, seçkilərin favoriti kimi qiymətləndirilən Hillari Klintonun yeni təhlükəli rəqibi ortaya çıxıb.

72 yaşlı vitse-prezident Co Bayden prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırır.

Bu haqda xəbəri mediaya Baydenin yaxın ətrafındakı mənbə sızdırıb. mənbə bildirir ki, Co Bayden bu yaxınlarda nüfuzlu siyasətçi və biznesmen dostları ilə öz villasında görüşərək namizədliyini irəli sürəcəyini və bu işdə onlardan dəstək istədiyini bildirib.

Baydenin namizədliyini irəli sürməsi xəbəri Hillari klintonun seçki qərargahına çaxnaşma salıb. Çünki nüfuzlu Baydenin seçki yarışına qoşulması Hillari Klintonun seçilmə şanslarını ciddi suratdə azalda bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.