Dörd yaşındakı uşağa anasının başını kəsməyi öyrətdilər – ŞOK TƏLİM
2-08-2015, 14:11
İcra etdiyi edam və işgəncələri ilə dünyanı dəhşətə gətirən İŞİD terror təşkilatı barədə daha bir tükürpədici fakt ortaya çıxıb.
Teref. info yazır ki,publika.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-in İraqın Dohuk şəhərində bir qaçqın düşərgəsinə yerləşdirilən 4 yaşındakı uşağa yezidi olan anasının başını kəsməsi üçün təlim verdiyi məlum olub.
Terror təşkilatının üzvləri kiçik uşağa qılınc verərək anasının başını necə kəsməli olduğunu öyrədiblər. Dohukdakı qaçqın düşərgəsində müsahibə verən 35 yaşındakı Bohar adlı İŞİD əsarətində yaşadığı dəhşətləri anladıb. “Oğluma qılıncdan necə istifadə edəcəyini öyrədirdilər. Ona yezidlərin kafir olduğunu və öldürülməsi olduğunu söyləyirdilər. Bir dəfə əlinə qılınc verdilər və ona “bu ananı öldürmək üçündür” dedilər”, - o, söyləyib.
Ana və oğul Sincar dağlarında ötən ilin avqust ayında İŞİD-ə əsir düşib. Onun əri isə İŞİD-in hücumu zamanı evdə olmayıb.
Tala-Afar düşərgəsində qaldıqları müddətdə İŞİD silahlılarının hər cür işgəncələrinə məruz qalan ana və oğlu su yerinə sidik içməyə məcbur edildiyini, yeməklərinə şüşə parçaları qatıldığını söyləyib. Noyabr ayında ABŞ bombardmanlarından qaçmaq üçün Suriyanın Rakka şəhərindəki düşərgəyə, daha sonra isə Mosula aparılan ana və uşağı burada kölə bazarında satışa çıxarılıb.
Bohar və kiçik oğlu suriyalı bir nəfər tərəfindən alınıb. Suriyalı onları daha sonra Ömər Əl-Najde adında yüksək rütbəli İŞİD üzvünı satıb. O, isə qadını hərəminə götürüb, kiçik uşağı isə təlim düşərgəsinə göndərib. Dörd ay ərzində burada qalan ana və oğul sonda Türkiyəyə qaça bilib. Onlar daha sonar İraqda qaçqın düşərgəsinə yerləşdirilib.