Polislər icra başçısının evini mühasirəyə aldı - Yeniləndi

2-08-2015, 21:26           

Dağıstanın Buynaks rayonunun rəhbəri Daniyal Şıxsayidov həbs edilib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuatına məlumatına görə, Şıxsayidov fırıldaqçılıqda günahlandırılır. Qeyd edək ki, bundan öncə Dağıstan Qızılyar rayonunun rəhbəri də həbs edilmişdi. Ekspertlərin fikrincə bütün bu həbslərin arxasında məhz Dağıstan Prezidenti Ramazan Abdullatipov dayanır. 20:10 Hüquq mühafizə orqanları Dağıstanın Buynaks rayonunun rəhbəri Daniyal Şıxsayidovun evində axtarış aparırlar. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA-Novosti” agentliyi yayıb. Agentliyin məlumatına görə, Şıxsayidovun evi tam mühasirəyə alınıb və evə heç kim buraxılmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.