Rusiyanın Kabardin-Balkar muxtar respublikasının Nalçik şəhərində bir qrup silahlı şəxsə qarşı əməliyyat keçirilib.
Avropa.info xəbər verir ki, Rusiya FTX-nin keçirdiyi əməliyyat zamanı mənzildə xeyli sayda sursat və avtomatik silah tapılıb. Bu gecə bir qrup silahlının yaşayış binasına sığındığı məlum olub. Bir neçə saat ərzində danışıqlar aparılsa da, binada gizlənən şəxslər təslim olmaqdan imtina edib, atəş açıblar.
Atışma nəticəsində 6 banda üzvü öldürülüb. Həmin şəxslərin polkovnik Tahir Quziyevi güllələdiyi bildirilir.