Putin Saakyana orden verməyibmiş: Bicbala döşündə saxta “orden” gəzdirir

3-08-2015, 19:55           

Rusiya prezidenti Vladimir Putin tərəfindən Qarabağadakı separatçı rejimin rəhbəri Saakyanın 1-ci dərəcəli "Böyük Pyotr" ordeni ilə təltif etməsi barədə Azərbaycan KİV-lərində gedən xəbər həqiqəti əks etdirmir.

Strateq.az bildirir ki, Dağlıq Qarabağakı separatçı rejimin qondarma rəhbəri Bako Saakyanın taxdığı bu orden saxtadır.

Separatçı rejimin “prezidenti” özünün rəsmi tərcüməyi-halında Rusiya Federasiyasının “birinci dərəcəli “Böyük Pyotr” ordeni ilə təltif olunduğunu qeyd edib. Əslində isə adıçəkilən orden Rusiyanın dövlət mükafatı deyil. Belə ki bu ordeni paylayan “Təhlükəsizlik, müdafiə problemləri Akademiyası” adlı təşkilat Rusiyanın Ali Məhkəməsi tərəfindən cinayətkar təşkilat elan edilib və baş prokurur Yuri Çaykanın Ali Məhkəməyə müraciətindən sonra həmin “akademiyanın” fəaliyyətinə xitam verilib.

Rusiya Baş Prokurorluğunun yaydığı rəsmi açıqlamaya görə, 2000-ci ildə yaradılmış bu “akademiya” özbaşına olaraq “ictimai mükafatlar üzrə Milli Komitə” yaradıb və dövlət mükafatları, ordenləri və medalları ilə eynilk təşkil edən mükafatlar təsis edib. Bütövlükdə “akademiya” tərəfindən 73 mükafat təsis edilib.

Müvafiq araşdırmalardan sonra Rusiya Ali Məhkəməsinin qərarı ilə “Təhlükəsizlik, müdafiə problemləri Akademiyası” və onun mükafatlar üzrə “Milli Komitə”si ləğv edilib. Oktyabr ayında Moskva şəhər Məhkəməsinin qərarı ilə mükafatlar, ordenlər və medallar müsadirə olunub. “Akademiyanın” rəhbəri Viktor Şevçenko Rusiya İnzibati Xətalar Məcəlləsinin maddələri ilə günahkar elan edilib.
Putin Saakyana orden verməyibmiş: Bicbala döşündə saxta “orden” gəzdirir
Bako Saakayanın fəxrlə gəzdirdiyi “1-ci dərəcli Böyük Pyotr” ordeni isə qondarma “akademiya” tərəfindən “hərbi və vətəndaş borcunun yerinə yetirilməsi zamanı mərdlik və hünər göstərdiyinə” görə verilir. Məsələ aydındır: bu “hünəri”n Xocalıda dinc əhalinin qırğını hesabına əldə olunduğu heç kimə sirr deyil. Bu başabəla “prezident”in sinəsinə taxdığı “orden” elə qondarma “akademiya”nın özü qədər saxta dəmir parçasından başqa bir şey deyil. Saakayan hətta bu saxta “ordeni” belə qənimət sayır. Saxta olduğunu etiraf etmir. Əsl ermənisayaq “göreşən” xislətinin daşıyıcısı kimi...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.